
Bakı şəhəri 94 saylı uşaq bağçasının fəaliyyəti ilə bağlı redaksiyamıza bir qrup valideyn tərəfindən təşəkkür xarakterli müraciət daxil olub. Müraciətdə müəssisədə formalaşdırılmış təhsil mühiti, idarəetmə prinsipləri və təlim-tərbiyə prosesinin təşkili yüksək qiymətləndirilir.
Müraciətdə qeyd olunur ki, məktəbəqədər təhsil uşağın intellektual, emosional və sosial inkişafının əsaslarını müəyyən edən mühüm mərhələdir. Bu baxımdan təhsil müəssisəsinin idarə olunması yalnız inzibati funksiyaların icrası ilə məhdudlaşmır, eyni zamanda pedaqoji fəaliyyətin elmi əsaslar üzərində qurulmasını, sağlam psixoloji mühitin formalaşdırılmasını və uşaqların təhlükəsiz inkişafının təmin edilməsini özündə ehtiva edir.
Valideynlərin sözlərinə görə, Bakı şəhəri 94 saylı uşaq bağçasında təlim-tərbiyə prosesi planlı şəkildə təşkil olunur, uşaqların yaş və psixoloji xüsusiyyətləri nəzərə alınmaqla müasir pedaqoji yanaşmalar tətbiq edilir. Müəssisədə yaradılmış nizam-intizam, təşkilati ardıcıllıq və peşəkar əmək bölgüsü təhsil prosesinin səmərəliliyini artıran mühüm amillərdən biri kimi qiymətləndirilir.
Müraciət müəllifləri bildirirlər ki, bağçada fəaliyyət göstərən pedaqoji kollektiv uşaqlarla fərdi yanaşma prinsipini əsas götürür, onların idrak qabiliyyətinin, nitq bacarıqlarının, sosial münasibətlərinin və yaradıcı potensialının inkişafına xüsusi diqqət yetirir. Eyni zamanda, uşaqların təhlükəsizliyi, sağlamlığı və mənəvi inkişafı daim prioritet istiqamətlər sırasında saxlanılır.
Valideynlərin fikrincə, müəssisədə rəhbərlik tərəfindən tətbiq olunan idarəetmə modeli kollektiv daxilində peşə etikası, qarşılıqlı əməkdaşlıq və məsuliyyət prinsiplərinin qorunmasına müsbət təsir göstərir. Valideynlərlə açıq dialoq mühitinin yaradılması, müraciətlərin operativ araşdırılması və qarşılıqlı etimadın təmin olunması da idarəetmənin mühüm elementlərindən biri kimi dəyərləndirilir.
Müraciətdə vurğulanır ki, məktəbəqədər təhsil müəssisəsinin uğurlu fəaliyyəti yalnız maddi-texniki imkanlarla deyil, eyni zamanda səmərəli idarəetmə, peşəkar pedaqoji koordinasiya və sistemli təşkilati yanaşma ilə ölçülür. Bu baxımdan Bakı şəhəri 94 saylı uşaq bağçasında formalaşdırılmış idarəetmə modeli valideynlər tərəfindən müsbət nümunə kimi qiymətləndirilir.
Qeyd edək ki, QanunTV olaraq redaksiyamıza daxil olan müraciətləri jurnalist etikasının prinsiplərinə uyğun şəkildə ictimaiyyətə təqdim edir və qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.





