
Bakının Yasamal rayonunda ailə-məişət zəminində ağır xəsarət hadisəsi baş verib.
QanunTV.az xəbər verir ki, hadisə Yeni Yasamal qəsəbəsi, 2-ci küçə, 16-cı binanın 38-ci mənzilində qeydə alınıb.
Məlumata görə, 1964-cü il təvəllüdlü Elşən Nəriman oğlu Hacıyev həyat yoldaşı ilə mübahisə edib. İddiaya əsasən, mübahisə zamanı kişi qadına xəsarət yetirib. Daha sonra 60 yaşlı qadın baltadan istifadə edərək ərinə bir neçə zərbə endirib.
Hadisə nəticəsində E.Hacıyev üz, hər iki qol və kürək nahiyəsindən ağır xəsarətlər alıb.
Ailənin oğlu qadının əlindən baltanı alaraq təcili tibbi yardıma müraciət edib. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb və hazırda əməliyyat olunur.
Həkimlərin məlumatına görə, E.Hacıyevin vəziyyəti ağırdır.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində araşdırma aparılır.





