
QanunTV.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq.
Bununla bağlı “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişikliklər Prezident İlham Əliyev tərəfindən təsdiqlənib.
Dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsinin köməkçisi vəzifəsi də üçüncü təsnifat vəzifələr siyahısına daxil edilib.
Qanun iyulun 1-dən qüvvəyə minəcək.




