
QanunTV.az xəbər verir ki, Azərbaycanda ali təhsil müəssisələrində diplomların təqdim edilməsi ilə bağlı yeni dəyişiklik tətbiq olunacaq.
Elm və Təhsil Nazirliyindən ali məktəblərə verilən təlimatlara əsasən, bu təhsil ilindən etibarən diplomların tələbələrə elektron, onlayn formada təqdim edilməsi nəzərdə tutulur.
Məlumata görə, proseslə bağlı zəruri hazırlıqlara başlanılıb. Elektron diplomların həm bakalavr, həm də magistratura pilləsini bitirən tələbələrə təqdim olunacağı bildirilir.
Yeni sistemin tətbiqindən sonra məzunlar diplomlarını “myGov” platforması üzərindən əldə edə biləcəklər.
Qeyd edək ki, hazırda Azərbaycanda ali təhsil diplomları əsasən fiziki formada hazırlanaraq məzunlara təqdim olunur. Diplom blanklarının hazırlanması, məlumatların yoxlanılması və digər prosedurlar səbəbindən bu proses bir neçə ay vaxt apara bilir.





