
Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
Qanuntv.az xəbər verir ki, bu dəfə 11 vaqondan ibarət, ümumi çəkisi 770 ton olan buğda yükü Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Yükün Azərbaycan ərazisindən tranzit marşrutla Ermənistana çatdırılması üçün dəmir yolu xəttindən istifadə olunub.
Qeyd edək ki, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı fonunda Azərbaycan ərazisindən tranzit daşımaların həcmi son dövrlərdə artmaqdadır.





