
ABŞ Prezidenti Donald Tramp bildirib ki, müəyyən mərhələdə ABŞ İrana qarşı hərbi əməliyyatları yenidən başlatmaq məcburiyyətində qala bilər.
QanunTV.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasındakı paylaşımında qeyd edib.
ABŞ lideri bildirib ki, İran tərəfi müəyyən məsələlərdən nəticə çıxarmasa, vəziyyət hərbi yolla davam etdirilə bilər.
“Tamamilə mümkündür ki, onlar heç vaxt heç bir dərs götürməyəcəklər. Elə bir an gələ bilər ki, biz artıq ağlabatan davrana bilməyəcəyik və belə uğurla başladığımız işi hərbi yolla başa çatdırmağa məcbur olacağıq. Əgər bu baş verərsə, İran İslam Respublikası mövcudluğunu dayandıracaq”, - deyə Donald Tramp bildirib.





