
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayında rəhbər dəyişikliyi olub.
QanunTV.az xəbər verir ki, FHN naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə Alayın komandiri polkovnik Vüqar Məhərrəmov tutduğu vəzifədən azad edilib.
Məlumata görə, onun yerinə Süleyman Hüseynov təyin olunub.
Bildirilib ki, bununla bağlı müvafiq əmrlər bir müddət əvvəl imzalanıb.





