
QanunTV.az xəbər verir ki, Ağdam rayonunun Quzanlı qəsəbəsində bədbəxt hadisə baş verib.
Hadisə iyunun 28-də günorta saatlarında qeydə alınıb. Qəsəbə sakini, 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı velosiped sürərkən müvazinətini itirərək yıxılıb.
Yeniyetmə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.
Vəziyyəti ağır qiymətləndirildiyi üçün Xəyal Muxtarlı reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.





