
Venesuelada baş verən güclü zəlzələlərdən sonra 74 saat davam edən axtarış-xilasetmə əməliyyatları faciə ilə nəticələnib. Argentinalı futbolçu Lukas Trexonun həyat yoldaşı və iki övladının dağıntılar altından meyitləri çıxarılıb.
QanunTV.az xəbər verir ki, bu barədə futbolçunun çıxış etdiyi "Maritimo" klubu məlumat yayıb. Klub 38 yaşlı müdafiəçiyə və onun ailəsinə başsağlığı verərək, ağır itkidən kədərləndiyini bildirib.
Məlumata görə, Trexo zəlzələ baş verən vaxt Karakasda komandasının oyunu ilə bağlı səfərdə olub. Evə qayıtdıqdan sonra yaşadığı binanın dağıldığını görüb və həmin vaxtdan ailəsinin axtarışlarına qoşulub.
Futbolçu karyerası ərzində Yunanıstan, Argentina, Peru, Venesuela, Kolumbiya və ABŞ klublarında çıxış edib. O, bu ilin fevral ayında Venesuelanın "Maritimo" klubuna transfer olunub.
Qeyd edək ki, Venesuelada iyunun 24-də baş verən güclü zəlzələlər nəticəsində çoxsaylı yaşayış binaları dağılıb və xilasetmə işləri davam etdirilib.





