
Çinin Henan əyalətində yerləşən məşhur şüşə körpüdə qeyri-adi hadisə baş verib.
Məlumata görə, "Baoquan Cliff World" turizm kompleksindəki şüşə körpünün paneli yeniyetmənin çətirlə vurması nəticəsində çatlayıb.
Hadisədən dərhal sonra kompleks əməkdaşları təhlükəsizlik tədbirləri görərək ziyarətçiləri körpüdən uzaqlaşdırıblar və obyekt müvəqqəti olaraq bağlanıb.
Hadisə Çinin sosial şəbəkələrində geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi ölkədə son illərdə populyarlıq qazanan şüşə körpülərin təhlükəsizliyi və davamlılığı ilə bağlı narahatlığını ifadə edib.
Turizm kompleksi rəhbərliyi isə hələlik istifadə olunan şüşənin növü, yaranmış zədənin səviyyəsi, təmir müddəti və gələcək təhlükəsizlik tədbirləri ilə bağlı ətraflı məlumat açıqlamayıb.





