Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edilib.
Qanuntv.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mais Məmmədov işdən azad edilib. O, vəzifəsinin icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Repsublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilib.
Naxçıvan MR-in daxili işlər naziri Süleyman Nemətovun əmri ilə M.Məmmədov Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinə rəis təyin edilib.