Dekabrın 9-da Bakı şəhəri 107 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.
Hadisə zamanı 5-ci sinif şagirdi xəsarət alıb.
Məktəbdən sorğumuza cavab olaraq bildirilib ki, şagird (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) II mərtəbədə ayaqyoluna gedərkən sürətlə qaçdığı üçün qapının tutacağına toxunub:
"Nəticədə qapının dəstəyi şagirdin qarın nahiyəsinin dərisinə batıb. Məktəbdən "Azərbaycan müəllimi"nə bildirilib ki, məsələ ilə bağlı dərhal təcili-tibbi yardıma müraciət olunub və şagirdin valideynlərinə məlumat verilib.
Məktəb rəhbərliyi və müəllimlərin də müşayiəti ilə şagird tibb müəssisəsinə çatdırılıb.
Hazırda şagirdin vəziyyətinin kafi olduğu bildirilir".
Xatırladaq ki, bu gün Xətai Tibb Mərkəzində 10 yaşlı uşağın qarın boşluğuna batmış qapı dəstəyi çıxarılıb. Məlumatı Mərkəzin özü yayıb.