
Türkiyənin Balıkesir vilayətinin Manyas rayonunda kimliyi hələlik müəyyən edilməyən pilotsuz uçuş aparatı (PUA) boş əraziyə düşüb.
Hadisədən sonra PUA texniki ekspertiza məqsədilə Ankaraya göndərilib. Türkiyə rəsmiləri aparatın mənşəyini araşdırır. İlkin ehtimallara görə, PUA-nın Rusiya istehsalı olması, o cümlədən Orlan-10 modeli ilə uyğunluğu istisna edilmir.
Qeyd edək ki, bir gün əvvəl İzmirdə də oxşar PUA qəzası qeydə alınmışdı. Hadisələrlə bağlı araşdırmalar davam edir.




