• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində Müşahidə Şurası yaradılır - FƏRMAN [xfvalue_red]

21 Ekm, 22 - 14:23

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində Müşahidə Şurası yaradılır - FƏRMAN

Prezident İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi və “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanla müəyyən edilib ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

1.2. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinə cari rəhbərliyi İdarənin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir.

2. “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6, maddə 590, № 12, maddə 1405) aşağıdakı dəyişikliklər edilsin:

2.1. aşağıdakı məzmunda 4.2-1-ci bənd əlavə edilsin:

“4.2-1. İdarənin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;”;

2.2. 4.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“4.3. İdarənin fəaliyyətinə cari rəhbərliyi İdarənin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir.”;

2.3. 5-ci hissə üzrə:

2.3.1. 5.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“5.1.3. Müşahidə Şurasının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;”;

2.3.2. 5.1.4-cü yarımbənd və 5.2-ci bənd ləğv edilsin;

2.3.3. 5.3.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“5.3.2. bu Fərmanın 5.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.”;

2.4. 7-ci hissə ləğv edilsin;

2.5. həmin Fərmanla təsdiq edilmiş “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi” üzrə:

2.5.1. 3.2.18-ci yarımbənddən “Azərbaycan Respublikası Prezidentinin razılığı ilə” sözləri çıxarılsın;

2.5.2. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

“4. İdarənin idarə olunması

4.1. İdarə öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. İdarənin idarəetmə orqanları Müşahidə Şurası və İcraçı direktordur.

4.3. Müşahidə Şurası (bundan sonra – Şura) İdarənin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

4.4. Şura Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 5 (beş) üzvdən – Şuranın sədrindən və digər 4 (dörd) üzvdən ibarətdir.

4.5. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

4.6. Şura qərar qəbul etməkdə müstəqildir.

4.7. Şuranın vəzifələri aşağıdakılardır:

4.7.1. təsisçi səlahiyyətlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək və müvafiq sənədlər (o cümlədən İdarənin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

4.7.2. İdarənin inkişaf istiqamətlərini, strateji məqsədlərini və planlarını müəyyən etmək;

4.7.3. İdarənin fəaliyyətinə nəzarət etmək;

4.7.4. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla İdarənin strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini təsdiq etmək, o cümlədən İdarənin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;

4.7.5. İdarənin təsərrüfat cəmiyyətlərinin yaradılması və onlarda iştirak barədə, həmçinin İdarənin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

4.7.6. İdarənin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;

4.7.7. İdarənin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə İdarənin idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;

4.7.8. İcraçı direktorun fəaliyyətinə nəzarət etmək və onun fəaliyyətini yoxlamaq;

4.7.9. Şura üzvlərinin və İcraçı direktorun müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.7.10. İdarənin fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.7.11. İdarənin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

4.7.12. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

4.7.13. İdarədə daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

4.7.14. İdarənin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri İdarənin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.7.15. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4.8. Şuranın sədri rübdə azı bir dəfə Şuranın iclaslarını çağırır və iclaslara sədrlik edir. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya İcraçı direktor çıxış edir. Şuranın iclasları Şura üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.

4.9. Şuranın üzvlərinə, İcraçı direktora və Şuranın iclaslarına dəvət olunan şəxslərə Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.10. Şuranın iclasında İcraçı direktor da iştirak edə bilər.

4.11. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.12. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

4.13. Şuranın iclaslarının nəticəsi Şura üzvlərinin və Şuranın katibinin imzaladıqları iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Protokol Şura tərəfindən təsdiq edilərək İcraçı direktora göndərilir.

4.14. Şuranın katibini Şuranın sədri Şura üzvü olmayan əməkdaşlar sırasından təyin edir və katib Şuranın sədrinə hesabat verir.

4.15. Şuranın katibi:

4.15.1. Şuranın iclaslarını təşkil edir;

4.15.2. bu Nizamnamənin 4.9-cu bəndində nəzərdə tutulan vəzifəni icra edir;

4.15.3. Şuranın iclaslarının protokolunu tərtib edir və imzalanmaq üçün Şuranın üzvlərinə təqdim edir;

4.15.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;

4.15.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.

4.16. Şuranın sədri:

4.16.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir, habelə özünün və İcraçı direktorun qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.16.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;

4.16.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya İcraçı direktorun xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;

4.16.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

4.17. Şura sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə Şuranın üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.

4.18. Şuranın üzvləri:

4.18.1. Şuranın səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;

4.18.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.18.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;

4.18.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılmaq barədə təkliflər verirlər;

4.18.5. Şuranın qərarları, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.19. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

4.20. İdarənin cari fəaliyyətinə rəhbərliyi İcraçı direktor həyata keçirir. İcraçı direktor Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. İcraçı direktorun Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır.

4.21. İcraçı direktor müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə müavinlərindən biri icra edir.

4.22. İcraçı direktor və onun müavinləri adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

4.23. İcraçı direktorun vəzifələri aşağıdakılardır:

4.23.1. İdarənin fəaliyyətini təşkil etmək;

4.23.2. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün Şuraya təkliflər vermək və sənədlər təqdim etmək;

4.23.3. Şuranın qərarlarını icra etmək;

4.23.4. aidiyyəti şəxslə dəyəri İdarənin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.23.5. İdarənin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

4.23.6. bu Nizamnamənin 3.1.34-cü yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

4.23.7. cari və operativ məsələlər barədə Şuranı məlumatlandırmaq;

4.23.8. bu Nizamnamənin 3.1.28-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;

4.23.9. İdarənin cari fəaliyyətinə rəhbərlik etmək və onu təmsil etmək;

4.23.10. İdarənin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər vermək;

4.23.11. İdarənin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil etmək, yoxlamaq və buna nəzarəti həyata keçirmək;

4.23.12. özünün və İdarənin struktur bölmələrinin qanunvericiliyə zidd olan qərarlarını ləğv etmək;

4.23.13. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində İdarənin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq etmək;

4.23.14. İdarənin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil etmək;

4.23.15. bu Nizamnamədə müəyyən edilmiş hallar istisna olmaqla, İdarənin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul etmək;

4.23.16. İdarənin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət etmək;

4.23.17. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində İdarənin adından əməliyyatlar aparmaq, müqavilələr bağlamaq və onların yerinə yetirilməsini təmin etmək;

4.23.18. İdarənin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaratmaq;

4.23.19. İdarənin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görmək;

4.23.20. İdarədə kargüzarlıq və arxiv işinin aparılmasını təmin etmək;

4.23.21. İdarədə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin etmək;

4.23.22. Şuranın səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.”;

2.5.3. 6.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“6.1. İdarənin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, həmçinin bu Nizamnamə ilə müəyyən olunmuş qaydada İdarənin idarəetmə orqanları həyata keçirirlər.”.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Prezident və birinci xanım Şuşada - FOTOLAR
backend
Şuşada Sadıqcanın yaşadığı ev təmir olunacaq
backend
İlham Əliyev 1 sərəncam, 2 fərman imzaladı
backend
Bu hallarda Şuşada nəqliyyat vasitələrinin hərəkəti QADAĞAN EDİLƏCƏK
backend
Azərbaycanda yeni publik hüquqi şəxs yaradıldı
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 055

XƏBƏR LENTİ

Tramp: "ABŞ çox yaxında Marsa yollanacaq" [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:135 Tem
Nyu-Yorkda Bruklin körpüsündə atəşfəşanlıq zamanı yanğın baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:105 Tem
Türkiyənin Qara dəniz sahilində hərbi təyinatlı olduğu ehtimal edilən PUA aşkarlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:035 Tem
DİM dövlət qulluğuna qəbul üzrə test imtahanları keçirəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:005 Tem
DİM II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib: 11 nəfər imtahandan xaric edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:555 Tem
Xaçmaz rayonunda zəlzələ qeydə alınıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:525 Tem
Vətən müharibəsi iştirakçısı olan hərbçi vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:485 Tem
Ağdamda su anbarında batan ata və iki övladının adları məlum olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:425 Tem
Aparıcı Zaur Kamal avtomobil qəzasına düşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:385 Tem
Gürcüstanda öldürülən azərbaycanlı qızla bağlı yeni təfərrüatlar məlum olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:365 Tem
Dünya çempionatının 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:044 Tem
İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə inkişafı məmnunluq doğurur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:014 Tem
Yasamalda yaşayış evində partlayış olub: ölən və yaralananlar var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:584 Tem
İlham Əliyev Donald Trampı ABŞ-ın Müstəqillik Günü münasibətilə təbrik edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:534 Tem
Əlahiddə Ümumqoşun Orduda növbəti təlim toplanışı başa çatıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:504 Tem
"Arzum 9999"la bağlı hökm ictimai müzakirələrə səbəb olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:424 Tem
Sumqayıtda 48 yaşlı kişi dərman zəhərlənməsindən ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:364 Tem
TƏBİB-də yeni departament rəhbəri təyin olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:324 Tem
Leyla Əliyeva doğum günü münasibətilə təbrik edənlərə təşəkkür edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:284 Tem
Nazirin müşavirinə yeni vəzifə verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:264 Tem
"Uşaqlıq Offline" – Rəqəmsal asılılığa qarşı maarifləndirici təşəbbüs [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:214 Tem
Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:433 Tem
Tehran üzərində hava məkanı iyulun 6-da bağlanacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:403 Tem
Ağdam Cümə məscidinin imamı tarixi detalı açıqladı: "Bu ayə illər sonra xüsusi məna qazandı" [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:363 Tem
"Qırmızı Körpü" gömrük-keçid məntəqəsinin növbə rəisi rüşvət almaqda şübhəli bilinərək saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:343 Tem
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Dəyanət Musayev dəfn edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:323 Tem
Hikmət Hacıyev ilə Ceffri Saks arasında görüş keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:293 Tem
Pakistanda sərnişin avtobusu dərəyə aşdı: azı 40 nəfər həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:243 Tem
Xarkovda həlak olan azərbaycanlı tələbənin nəşi bu gecə Azərbaycana gətiriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:493 Tem
Leyla Əliyevanın doğum günüdür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:463 Tem
Naxçıvanda 75 yaşlı qadının qətli ilə bağlı məhkum edilən iki qadının apellyasiya şikayətinə baxılır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:423 Tem
Gələcəyin təməlini quran fədakar rəhbər – Aygün Həsənovanın uğurlu fəaliyyəti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:392 Tem
Prezident İlham Əliyev Türkiyənin ədliyyə naziri Akın Gürleki qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:532 Tem
Leyla Əliyeva Yevlax Cümə məscidini ziyarət edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:502 Tem
Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” adlı möhtəşəm moda nümayişi keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:482 Tem
Xəzər Rayon Məhkəməsinin qərarı ilə "Arzum9999" 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:402 Tem
Təhsildə uğurlu idarəçilik və yüksək peşəkarlıq nümunəsi – Sitarə Abbasovanın fəaliyyəti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:532 Tem
Uşaqların inkişafına həsr olunmuş fədakar fəaliyyət – Şəbnəm Mirheydərovanın nümunəvi idarəçiliyi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:462 Tem
Uşaqların xoşbəxt gələcəyinə xidmət edən nümunəvi rəhbər – Aytən Xələfovanın fəaliyyəti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:422 Tem
Erkən uşaqlıq təhsilinin inkişafına töhfə verən nümunəvi rəhbər – Abbasova Aynurənin fəaliyyəti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:252 Tem
Təhsildə inkişafın və yaradıcılığın ünvanı – Aynurə Əyyubovanın uğurlu fəaliyyəti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:082 Tem
Gənc nəslin inkişafına xidmət edən nümunəvi rəhbər – Şirinova Rəfiqənin fəaliyyəti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:032 Tem
BAKI ŞƏHƏRİ 94 SAYLI UŞAQ BAĞÇASINDA FORMALAŞDIRILAN İDARƏETMƏ MÜHİTİ VALİDEYNLƏR TƏRƏFİNDƏN MÜSBƏT DƏYƏRLƏNDİRİLİR [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:322 Tem
Azərbaycan Milli Xalça Muzeyində “Divanü lüğat-it-türk” sərgisi açılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:261 Tem
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə