• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Sabiq icra başçısının qardaşına qarşı külli miqdarda dələduzluq - Restoranı 5,2 milyona satmaq istəyirmiş

3 Kas, 22 - 08:26

Sabiq icra başçısının qardaşına qarşı külli miqdarda dələduzluq - Restoranı 5,2 milyona satmaq istəyirmiş


Müxtəlif şəxslərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Hacıyev Rəşad Elxan oğlu və tanışı Müseyibov Rasim Ramiz oğlunun məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dələduzluğa məruz qalan şəxslərdən biri də 2019-cu ildə vəfat edən Cəbrayılın sabiq icra başçısı Mahmud Quliyevin qardaşı Hümbət Səfərovdur.

Belə ki, Rəşadla Rasim Səfərov Hümbət Nayfalı oğlunun mülkiyyətində olan və 4.500.000 manata satışa təklif etdiyi Bakı şəhəri NZS qəsəbəsində yerləşən “Karnaval Hall” şadlıq sarayının 5.200.000 manata qiymətləndirilərək satılmasına köməklik edəcəklərinə dair yalan vəd verib.

Sabiq icra başçısının qardaşını aldadan şəxslər 2021-ci ilin yanvarında daşınmaz əmlakın qiymətləndirilməsi üçün ondan 5.000 manat alıblar. Tanışların növbəti yalanı isə daha maraqlı olub. Belə ki, Rəşadla Rasim Hümbət Səfərovun restoranını almaq üçün guya tapdıqları müştərinin pullarının xaricdə olduğunu, məbləğin Bakıya çarter reysi ilə gətirləcəyini bildiriblər. Bu məqsədlə sabiq icra başçısının qardaşından daha 30 min dollar alıblar. Ancaq bu, sonuncu dələduzluq olmayıb. Tanışlar alqı-satqı baş tutduqdan sonra qaytarılacağını bildirməklə müxtəlif bəhanələrlə Hümbət Səfərovdan daha 73.000 manat mənimsəyiblər. Ümumilikdə Hümbət Səfərova qarşı 129.000 manat məbləğində dələduzluq edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Hümbət Səfərov bildirib ki, mülkiyyətində olan “Karnaval Hall” şadlıq sarayını 2019-cu ilin sonlarında satmaq qərarına gəlib və bu barədə ətrafında, o cümlədən, makler fəaliyyəti ilə məşğul olan Nizami, Rəşad adlı tanışlarına məlumat verib:

“Növbəti günlərdə, təxminən 2020-ci ilin yanvar ayının ortalarında Nizaminin işlətdiyi 8-ci km qəsəbəsində yerləşən, avtomobil bazarının yaxınlığındakı şadlıq evində Nizami və Rəşadla görüşdüm. Görüş zamanı Rəşad bildirdi ki, Rasim adlı tanışı onun obyektini sata bilər, onunla birlikdə bir neçə qiymətli obyekt satıb, onlar real iş görürlər. Növbəti günlərdə Rəşad Rasim adlı həmin tanışını “Elmed” klinikasındakı ofisimə gətirib mənlə tanış etdi. Söhbət zamanı Rasim dedi ki, onun Səfər adlı tanışı var, guya o, hansısa bankda filial müdiridir. Səfər hansısa vəzifəli şəxs üçün müxtəlif obyektlərin satın alınmasını təşkil edir, belə ki, həmin şəxsin Almaniyada Frankfurt şəhərində bankda külli miqdarda pulu var. Dedilər ki, Səfər həmin pulları Azərbaycana gətirib həmin şəxs üçün obyektlərin satın alınmasını təşkil edir. Rasim həmin vəzifəli şəxsin kimliyini açıqlamadı. Məndən qiymətləndirmə üçün 5000 manat pul istədilər, mən də həmin məbləği Rasimə verdim. Obyekti 5 200 000 manata qiymətləndiriblər. Ümumiyyətlə, müxtəlif bəhanələrlə hisə-hissə Rasimə 9.600 manat, Səfərin xahişi ilə Rasimə və Səfərin xalası kimi təqdim etdiyi Firuzə adlı qadına hissə-hissə 40 000 manatdan çox, Rasimə və Səfər adlı şəxsə 129 000 manat, Səfərin anasının dəfni üçün xərc çəkmiş Tural adlı şəxsə 4500 manat və Səfərin borcuna görə Ramil adlı şəxsə 5000 manat pul verdim”.

Hümbət Səfərov ana dəymiş ziyan ödənildiyini, hazırda şikayəti və tələbi olmadığını bildirib.

Məhkəmənin yekununda hökm oxunub. Hacıyev Rəşad Elxan oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. Müseyibov Rasim Ramiz oğlu da eyni maddə ilə təqsirli bilinib və 5 il həbs cəzasına məhkum edilib. Rasimə təyin edilmiş cəza 2 il sınaq müddəti təyin olunmaqla şərti hesab edilib.

Qeyd edək ki, Hümbət Səfərovun Cəbrayılın sabiq icra başçısı Mahmud Quliyevlə qardaş olsalar da, soyadları fərqlidir. Hümbət Səfərov eyni zamanda “Elmed” klinikasının sahibidir.

Onu da əlavə edək ki, Hümbət Səfərov bir neçə il öncə 400 min manatlıq dələduzluq ittihamı ilə gündəmə gəlmişdi. Belə ki, Cəbrayıl rayon sakini Saleh Əliyev hüquq-mühafizə orqanlarına müraciət edərək, 2015-ci ilin mart ayında həmyerlisi, 54 yaşlı Səfərov Hümbət Nayfalı oğluna Bakı şəhəri, Telnov kuçəsi 3 B ünvanında yerləşən şadlıq sarayı satdığını, lakin əvvəlcədən razılaşdıqları 400 min manat vəsaiti ala bilmədiyini bildirmişdi. H.Səfərov isə həmin dövrdə mətbuata açıqlamasında iddiaları yalanlamışdı.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Sabiq bələdiyyə sədrinin bacısı qazini işə düzəltmək adı ilə aldadıb
backend
Sabiq icra başçısının 13 illik fəaliyyəti YOXLANILIR
backend
Sabiq icra başçısı vəfat edib
backend
Həbs olunan sabiq icra başçısının cəzası AZALDILDI
backend
Milli Qəhrəman olan sabiq icra başçısı vəfat etdi

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 322

XƏBƏR LENTİ

Şəmkirdə abort zamanı hamilə qadın həyatını itirib – İki azyaşlı övladı anasız qaldı [xfgiven_red][/xfgiven_red]
17:0021 Kas
Təhsil idarəsinin sabiq müdirinə MÜTDA-da yeni vəzifə verildi [xfgiven_red][/xfgiven_red]
14:3520 Kas
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü keçirilib [xfgiven_red][/xfgiven_red]
14:3120 Kas
İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib [xfgiven_red][/xfgiven_red]
14:2620 Kas
Qarakənd faciəsindən 35 il ötür – Azərbaycanın dövlət və ictimaiyyət nümayəndələrinin həyatına son qoyan qanlı hadisə [xfgiven_red][/xfgiven_red]
14:1920 Kas
Gəncədə Milli Qəhrəmanın oğlu ağır yol qəzasına düşüb [xfgiven_red][/xfgiven_red]
14:1520 Kas
Bu gün Ağdam Şəhəri Günüdür – Tarixi qayıdışdan 6 il ötür [xfgiven_red][/xfgiven_red]
14:1220 Kas
Sabirabadda 17 yaşlı oğlan 15 yaşlı qızı qaçırıb – Eyni kənddə oxşar hadisə yenidən baş verib [xfgiven_red][/xfgiven_red]
14:1020 Kas
Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi “Kızılelma” təhlükəsizlik qüvvələrinə təhvil verildi [xfgiven_red][/xfgiven_red]
14:0520 Kas
Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim edilib [xfgiven_red][/xfgiven_red]
14:0220 Kas
Aysel Cəfərova – gələcəyin formalaşmasına sevgi, məsuliyyət və peşəkarlıqla töhfə verən rəhbər [xfgiven_red][/xfgiven_red]
11:5020 Kas
Məleykə Abbaszadə BDU-nun rektoru təyin edildi – Dosyesi [xfgiven_red][/xfgiven_red]
13:2119 Kas
Azərbaycanda zəlzələ baş verdi – Yeraltı təkanların maqnitudası açıqlandı [xfgiven_red][/xfgiven_red]
13:1619 Kas
Elçin Babayev BDU-nun rektoru vəzifəsindən azad edildi [xfgiven_red][/xfgiven_red]
13:1119 Kas
Azərbaycan XİN-dən Fransaya sərt cavab: “İddialar tamamilə qəbuledilməzdir” [xfgiven_red][/xfgiven_red]
13:0319 Kas
Suaresdən Neymarın PSJ-yə transferi ilə bağlı açıqlama: Messi ilə birlikdə onu fikrindən daşındırmağa çalışmışıq [xfgiven_red][/xfgiven_red]
12:5919 Kas
Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub [xfgiven_red][/xfgiven_red]
12:5319 Kas
Qazaxda dəhşətli qəza: Üç nəfər həyatını itirdi [xfgiven_red][/xfgiven_red]
12:4919 Kas
Ərdoğan açıqladı: Türkiyədə fond bazarı böhranı ilə bağlı 136 nəfər həbs edilib [xfgiven_red][/xfgiven_red]
12:4419 Kas
İlham Əliyev Oman Sultanını milli bayram münasibətilə təbrik edib [xfgiven_red][/xfgiven_red]
12:3719 Kas
Sumqayıt bulvarında 20 yaşlı gənc dənizdə batıb – Axtarışlar aparılır [xfgiven_red][/xfgiven_red]
12:3019 Kas
Gürcüstanda 31 yaşlı azərbaycanlı faciəli şəkildə həyatını itirib [xfgiven_red][/xfgiven_red]
13:1718 Kas
Cəlilabadda bələdiyyə sədri qəfil vəfat edib [xfgiven_red][/xfgiven_red]
13:1118 Kas
Salyanda ağır yol qəzası: 89 yaşlı kişi avtomobilin altında qalaraq ölüb [xfgiven_red][/xfgiven_red]
13:0918 Kas
Bakı Ağır Cinayətlər Məhkəməsinin tanınmış hakimi təqaüdə göndərilir [xfgiven_red][/xfgiven_red]
13:0518 Kas
Bakıda dəhşətli qətl: Qardaş bacısını bıçaqlayaraq öldürüb [xfgiven_red][/xfgiven_red]
13:0118 Kas
Azərbaycanda birinci kurs tələbəsi vəfat edib [xfgiven_red][/xfgiven_red]
12:5918 Kas
Tanınmış jurnalist İlhamə Məhəmmədqızı binanın 3-cü mərtəbəsindən yıxılıb [xfgiven_red][/xfgiven_red]
12:1218 Kas
Təhsilə bağlılıq, rəhbərlik məsuliyyəti və maarifçilik missiyası – Xədicə Ələkbərova [xfgiven_red][/xfgiven_red]
11:3918 Kas
Təhsilin inkişafına xidmət edən rəhbər, maarifçilik missiyasına sadiq ziyalı – Namiq Kərimov [xfgiven_red][/xfgiven_red]
11:0818 Kas
Təhsilə sədaqət, rəhbərlikdə məsuliyyət və gələcəyə xidmət – Anar Əliyev nümunəsi [xfgiven_red][/xfgiven_red]
10:5618 Kas
Neftçalada ev sahibini hədələyərək 11 min manat aldılar – İki nəfər saxlanıldı [xfgiven_red][/xfgiven_red]
13:2817 Kas
Putinin Kuşnerlə görüşündə gərgin anlar: Tərcüməçi tərcümə zamanı masaya zərbə vurdu [xfgiven_red][/xfgiven_red]
13:2617 Kas
Sumqayıtda faciəli hadisə: Kişi pilləkəndən yıxılaraq həyatını itirdi [xfgiven_red][/xfgiven_red]
13:1817 Kas
Böyük Qayıdış davam edir: Dörd yaşayış məntəqəsinə köç olacaq [xfgiven_red][/xfgiven_red]
13:1217 Kas
Xaçmazda dəhşətli yanğın: 90 yaşlı qadın həyatını itirdi – Sakinlər məsafə problemindən narazıdır [xfgiven_red][/xfgiven_red]
13:0317 Kas
17 Noyabr – Milli Dirçəliş Günü: Azərbaycan xalqının azadlıq iradəsinin və milli birliyinin təntənəsi [xfgiven_red][/xfgiven_red]
12:5917 Kas
Şəmkirdə evdən iki nəfərin meyiti tapıldı – BİRİ KİŞİ, DİGƏRİ QADINDIR [xfgiven_red][/xfgiven_red]
12:4817 Kas
Orduda xidmət etmək istəyən yüksək bilikli gənclər üçün yeni imkanlar – İntellektual bölmələrin əhatə dairəsi genişləndirildi [xfgiven_red][/xfgiven_red]
12:4117 Kas
Bakı Şəhər İcra Hakimiyyətində struktur dəyişiklikləri və yeni təyinatlar – RƏSMİ [xfgiven_red][/xfgiven_red]
12:3817 Kas
Şəmkirin Abbaslı kəndində məktəbəqədər təhsilə sevgi və fədakarlıq nümunəsi – Müdrə Lalə Verdiyeva [xfgiven_red][/xfgiven_red]
11:0217 Kas
Azərbaycan beynəlxalq arenada mühüm uğura imza atdı – BTİ Şurasına üzv seçildi [xfgiven_red][/xfgiven_red]
16:4516 Kas
İnternet provayderləri ilə bağlı yeni tələblər müəyyənləşdirildi – Nazirlər Kabinetindən QƏRAR [xfgiven_red][/xfgiven_red]
16:4016 Kas
2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsi keçiriləcək – 1 milyon manat ayrıldı [xfgiven_red][/xfgiven_red]
16:1216 Kas
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə