• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Sevdiyi qadının keçmiş ərini öldürdü - Bakıdakı qətlin TƏFƏRRÜATLARI

13 Ağu, 22 - 17:38

Sevdiyi qadının keçmiş ərini öldürdü - Bakıdakı qətlin TƏFƏRRÜATLARI


Bu il yanvarın 19-da Sabunçu rayonu Bakıxanov qəsəbəsi X.Xasməmmədov küçəsində 1993-cü il təvəllüdlü Ələsgər Məmmədovun (adlar şərtidir) 1979-cu il təvəllüdlü Rasim Ağakişiyevi döyərək öldürməsi hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkəmə araşdırması zamanı hadisənin qısqanclıq zəminində yaranmış münaqişə nəticəsində baş verdiyi üzə çxıb.

Belə ki, R.Ağakişiyev Ə.Məmmədovun qeyri-rəsmi nikahda yaşadığı qadının keçmiş həyat yoldaşı və əmisi oğlu olub. R.Ağakişiyev 2003-cü ildə evləndiyi əmisi qızından 2020-ci ildə rəsmən boşanıb və evi həyat yoldaşına verib. Onların 2006 və 2015-ci il təvəllüdlü uşaqları da Rasimin boşandığı Səlimədə qalıb. Elə həmin vaxtdan Rasim başqa qadınla birgə yaşamağa başlayıb. Səlimə də 2020-ci ildə tanış olduğu Xaçmaz rayon sakini olan Ələsgərlə qeyri-rəsmi nikahda yaşamağa başlayıb. Ələsgər mütəmadi olaraq onun evində qalıb, uşaqları tərəfindən ata kimi qəbul edilib.

Bir müddət sonra Rasim keçmiş arvadının Ələsgər adlı şəxslə sevgili olmasını, həmin gəncin Səlimə ilə birgə yaşadığını öyrənib. Bu işdə ona qonşular da kömək edib. Belə ki, qonşulardan biri Rasimə Ələsgərin onun keçmiş evində olması barədə xəbər verib. Rasim yanvarın 19-da axşam saatlarında binanın qarşısına gələrək qışqırmağa başlayıb və pəncərəyə çıxan 16 yaşlı oğlunu söyərək “O qubalıya de, aşağı düşsün, bilirəm evdədi”, deyib. Bundan sonra 29 yaşlı Ələsgər həyətə düşüb və onlar mübahisə ediblər. Dava-dalaş zamanı Ələsgər birgə yaşadığı qadının keçmiş həyat yoldaşına yumruq və taxta ilə bir neçə zərbə endirib. O daha sonra hadisə yerindən uzaqlaşıb. Huşsuz vəziyyətdə binanın qarşısında qalan Rasimi qonşular xəstəxanaya aparıblar və o, yanvarın 24-də Sabunçu xəstəxanasında ölüb.

Məhkəmədə çıxış edən təqsirləndirilən şəxs Rasimi öldürmək niyyətinin olmadığını, özünü müdafiə məqsədilə onu vurduğunu deyib. O əlavə edib ki, özündən yaşca xeyli böyük olan Səlimə ilə aralarında 2020-ci ildə sevgi münasibəti yaranıb və onun boşandığını bildikdən sonra aralarında ər-arvad münasibəti formalaşıb.

Şahid kimi çıxış edən Səlimə Ağakişiyeva da Ələsgəri sevdiyini, əmisi oğlu olan keçmiş həyat yoldaşının evlilik dövründə onu daim incitdiyini, Rasimin pis vərdişlərinin olduğunu, hələ evli ikən başqa qadınla birgə yaşadığını eyib. O qeyd edib ki, ailəsində söz-söhbətlərin yaranmasına əsas səbəbkar qayınanası olub: “Qayınanam o vaxt öz bacısı qızını Rasimə almaq istəyirmiş. Sonra qayınatam buna imkan verməyib və məni, yəni qardaşı qızını Rasimə aldı. Bundan sonra qayınanam daim bizə düşmən münasibəti bəsləyib”.

Məhkəmədə mərhum Rasim Ağakişiyevin anası da ifadə verib. O, bildirib ki, Rasimi Ələsgər tək öldürməyib: “Oğlumu Səlimə, onun oğlu və sevgilisi birgə binanın arxasında döyərək öldürüblər. Sonra huşsuz halda binanın qarşısına sürüyüb atıblar”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 avqust 2022-ci il tarixli hökmü ilə Ələsgər Məmmədov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə həbs cəzasına məhkum edilib.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Şeyxin müavini gəlinini məhkəməyə verdi
backend
Qətlə yetirilən əsgər evin tək oğlu imiş
backend
Bakıda DƏHŞƏT: Qadın keçmiş əri tərəfindən qətlə yetirildi
backend
DİN və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ
backend
Kişi arvadını uşağının gözü qarşısında ÖLDÜRDÜ

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 322

XƏBƏR LENTİ

Altı uşaq atası Kür çayında boğuldu: “Sözümə baxmadı, getdi” – FACİƏNİN TƏFƏRRÜATLARI [xfgiven_red][/xfgiven_red]
09:5324 Kas
Qarabağ Universitetinin iki tələbəsi arasında dava: Məhkəmə qərar verdi [xfgiven_red][/xfgiven_red]
17:1623 Kas
Azərbaycanda bəzi hərbçilərə növbəti hərbi rütbə daha tez veriləcək [xfgiven_red][/xfgiven_red]
17:1223 Kas
Lamin Yamal Bakıya gəlməyəcək – “Barselona”nın ulduzu “Sabah”la oyunu buraxacaq [xfgiven_red][/xfgiven_red]
17:1023 Kas
İlham Əliyev Antonio Tayanini qəbul edib: Azərbaycan–İtaliya əlaqələri müzakirə olundu [xfgiven_red][/xfgiven_red]
16:4823 Kas
Zelenski: Ukrayna Liviyada Rusiyanın “Merkuri” korvetini batırıb [xfgiven_red][/xfgiven_red]
16:4323 Kas
Ermənistanda yeni Konstitusiya layihəsi ictimaiyyətə təqdim edilib [xfgiven_red][/xfgiven_red]
15:1023 Kas
Doğum gününü qeyd edən azərbaycanlı aparıcı faciəli şəkildə həlak olub – Qəzanın təfərrüatları məlum oldu [xfgiven_red][/xfgiven_red]
15:0223 Kas
Azərbaycanda 5-ci sinif şagirdi vəfat edib [xfgiven_red][/xfgiven_red]
14:5823 Kas
Bakıda 27 yaşlı piyada avtomobil vurması nəticəsində ölüb [xfgiven_red][/xfgiven_red]
14:5323 Kas
Şəmkir Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Ruslan müəllim – qanunçuluğun və peşəkar idarəçiliyin keşiyində [xfgiven_red][/xfgiven_red]
14:1023 Kas
Donald Tramp: “Açıq sərhədlər ölkələri məhv edir” [xfgiven_red][/xfgiven_red]
21:3122 Kas
Qurban Qurbanov: “Geriyə addım atmaq olmaz, daha da güclənəcəyik” [xfgiven_red][/xfgiven_red]
21:2622 Kas
İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib [xfgiven_red][/xfgiven_red]
21:1722 Kas
Bakıda bədbəxt hadisə: Elvin Zeynalov hündürlükdən yıxılaraq ölüb [xfgiven_red][/xfgiven_red]
19:2222 Kas
Xankəndidə “Prezident kuboku” uğrunda qaçış yarışı keçirilib [xfgiven_red][/xfgiven_red]
19:1922 Kas
Gəncədə iki avtomobil toqquşub: Xəsarət alanlardan biri yeniyetmədir [xfgiven_red][/xfgiven_red]
19:1322 Kas
İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib [xfgiven_red][/xfgiven_red]
19:0622 Kas
Qazaxda iki nəfərə kəsici alətlə xəsarət yetirən şəxs saxlanılıb [xfgiven_red][/xfgiven_red]
18:5822 Kas
Sumqayıt bulvarında avtomobil piyadanı vurdu: Vəziyyəti ağırdır [xfgiven_red][/xfgiven_red]
18:4722 Kas
Qazaxda 49 yaşlı ehtiyatda olan zabit dəm qazından zəhərlənərək vəfat edib [xfgiven_red][/xfgiven_red]
18:4322 Kas
Azərbaycan Təbabəti Muzeyinin direktoru Sevinc Maniyeva vəfat edib [xfgiven_red][/xfgiven_red]
23:3921 Kas
Gədəbəydə avtomobil 6 yaşlı uşağı vurub [xfgiven_red][/xfgiven_red]
23:3521 Kas
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı arasında görüş keçirilib [xfgiven_red][/xfgiven_red]
23:2921 Kas
Sabirabadda qaçırıldığı bildirilən 15 yaşlı qız və 17 yaşlı oğlan ot tayasında tapılıb [xfgiven_red][/xfgiven_red]
23:2621 Kas
Mehriban Əliyeva və qızları Vyetnamın milli geyimlərində – Hanoydan diqqətçəkən fotolar [xfgiven_red][/xfgiven_red]
23:2421 Kas
Azərbaycanda 28 yaşlı hüquqşünas vəfat edib [xfgiven_red][/xfgiven_red]
23:1721 Kas
BDU-da kadr dəyişikliyi: rektorun köməkçisi vəzifəsindən azad edilib [xfgiven_red][/xfgiven_red]
23:1521 Kas
Gəncədə xəstəxananın şöbə müdiri vəzifəsindən azad edilib [xfgiven_red][/xfgiven_red]
23:1221 Kas
Payız-qış mövsümündə virus təhlükəsi artır: Professor Adil Qeybulladan xəbərdarlıq [xfgiven_red][/xfgiven_red]
23:0621 Kas
Şəmkirdə abort zamanı hamilə qadın həyatını itirib – İki azyaşlı övladı anasız qaldı [xfgiven_red][/xfgiven_red]
17:0021 Kas
Təhsil idarəsinin sabiq müdirinə MÜTDA-da yeni vəzifə verildi [xfgiven_red][/xfgiven_red]
14:3520 Kas
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü keçirilib [xfgiven_red][/xfgiven_red]
14:3120 Kas
İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib [xfgiven_red][/xfgiven_red]
14:2620 Kas
Qarakənd faciəsindən 35 il ötür – Azərbaycanın dövlət və ictimaiyyət nümayəndələrinin həyatına son qoyan qanlı hadisə [xfgiven_red][/xfgiven_red]
14:1920 Kas
Gəncədə Milli Qəhrəmanın oğlu ağır yol qəzasına düşüb [xfgiven_red][/xfgiven_red]
14:1520 Kas
Bu gün Ağdam Şəhəri Günüdür – Tarixi qayıdışdan 6 il ötür [xfgiven_red][/xfgiven_red]
14:1220 Kas
Sabirabadda 17 yaşlı oğlan 15 yaşlı qızı qaçırıb – Eyni kənddə oxşar hadisə yenidən baş verib [xfgiven_red][/xfgiven_red]
14:1020 Kas
Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi “Kızılelma” təhlükəsizlik qüvvələrinə təhvil verildi [xfgiven_red][/xfgiven_red]
14:0520 Kas
Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim edilib [xfgiven_red][/xfgiven_red]
14:0220 Kas
Aysel Cəfərova – gələcəyin formalaşmasına sevgi, məsuliyyət və peşəkarlıqla töhfə verən rəhbər [xfgiven_red][/xfgiven_red]
11:5020 Kas
Məleykə Abbaszadə BDU-nun rektoru təyin edildi – Dosyesi [xfgiven_red][/xfgiven_red]
13:2119 Kas
Azərbaycanda zəlzələ baş verdi – Yeraltı təkanların maqnitudası açıqlandı [xfgiven_red][/xfgiven_red]
13:1619 Kas
Elçin Babayev BDU-nun rektoru vəzifəsindən azad edildi [xfgiven_red][/xfgiven_red]
13:1119 Kas
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə