• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

“Vüqar Bayramov mandatından imtina etsə də, bizə verməyəcəklər” [xfvalue_red]

27 Tem, 23 - 10:04

“Vüqar Bayramov mandatından imtina etsə də, bizə verməyəcəklər”

Bilmirəm buna kəmfürsətlik deyim, “sensasiya dalınca qaçmaq” deyim, yoxsa başqa nə.

O gün iqtisad professoru Qubad İbadoğlunun saxlanılması xəbəri gələndən təxminən 10 dəqiqə sonra əvvəlcə sosial şəbəkələrdə, sonra peşəkar mediada belə sətirlər göründü: “İndi Qubad İbadoğlunun qardaşı, deputat Vüqar Bayramov nə edəcək?”; “Qardaşı tutulan deputat Vüqar Bayramov mandatından imtina edəcəkmi?”; “Vüqar Bayramovun atacağı addım maraq doğurur” və s. və i.a.

O boyda professor, partiya sədri qalmışdı qıraqda, əsas məsələ onun deputat qardaşının həbsə reaksiyası və malik olduğu mandatın taleyi idi.

Ertəsi gün yenə əsas müzakirə mövzusu Vüqar Bayramov və onun qardaşının həbsinə reaksiyası oldu. Bir xeyli adam istəyirdi ki, həmin anda xaricdə olan deputat ya elə oradanca, ya da qayıdıb gələndə aeroportdaca deputat vəsiqəsini (mandatla vəsiqə eyni şey deyil, bilirsiniz) yerə qoyub desin: “Həbs olunan qardaşıma görə mandatımdan imtina edirəm”.

Belə bir şey olacağını bilsələr, yəqin ki, aeroporta bir xeyli jurnalist və bloqer gedərdi.

Amma V.Bayramov emosiyaya qapılmadı, soyuqqanlı açıqlama verdi və daima hadisələrə emosional və pafosla yanaşan fəalların qəzəbinə tuş gəldi: “Olmaz olsun belə qardaşı”; “Qarın qardaşdan irəliymiş”; “Sonra da deyirlər ki, dar gündə insana dayaqdı qardaş”; “Mandat qardaşdan şirin çıxdı” və s.

Elə çıxırdı ki, Vüqar Bayramov qardaş və mandat seçimi qarşısında qalıb və qardaşını atıb, mandatı götürüb. Yaxud da guya deputat üsyan bayrağı açsa, Qubad İbadoğlunu dərhal buraxacaqmışlar.

Elə deyil axı, ey Hüseyn Abdullayevin aqibətindən xəbərdar olan həmvətənlər. Bu ölkədə üsyan bayrağı açanların bayrağını qaraldır, torbaya çevirir, başına keçirir, içəri aparırlar.

Vüqar Bayramov da çox o yan-bu yan eləsə, onun da qardaşının yanına aparılması texniki baxımdan elə də çətin iş deyil. Mağıl, indi heç olmasa, o qardaşına sovqat apara (göndərə), müdafiəsini effektiv təşkil edə bilər.

Anlaşılmayan budur: biz niyə hələ də qardaşlara Siam əkizləri kimi baxırıq? Ən əziz qardaşlar belə bir-birilə 17-18 il birlikdə yaşayırlar, sonra biri əsgərliyə gedir, o biri tələbə olur, hərəsi özünə ev-eşik qurur. Aradan 30-40 il keçir, hərəsinin öz övladları, nəvə-nəticələri olur, amma yenə də cəmiyyət hesab edir ki, onlar bir-birinə görə məsuliyyət daşımalıdırlar, biri o birinin hərəkətinə görə cavabdeh olmalıdır.

Hətta bu məsələdə yekə bir spekuliyasıya var. Məsələn, bir qardaş inkişaf edib nazir, məşhur alim, yazıçı olsa, o biri də avaralıq etsə və bir gün o avara qardaş öz məşhur və sevimli qardaşının adından istifadə etməyə qalxsa, mütləq ona deyəcəklər, nə olsun filankəsin qardaşısan, o ayrı, sən ayrı. Amma avara qardaş bir qəbahət hərəkət eləsə, məşhur qardaşa irad tutacaqlar ki, buna bax e, doğma qardaşına yiyə durmur.

Bu məsələyə dair sovet dövründə Ukraynada məzəli, eyni zamanda tragik bir hadisə olub. 41-45 müharibəsində Mikola və Stepan adlı iki qardaş varmış. Almanlar gələndə Mikola meşəyə qaçıb partizan olub, Stepan kənddə qalıb, almanlara qulluq edib, polisay işləyib. Mikola nasistlərlə yaxşı döyüşüb, adı dillərə düşüb. Stepan da almanlara yaxşı işləyib. Müharibədən sonra Mikolanı orden-medalla təltif ediblər, Stepanı isə tutublar. O cəzasını çəkəndən sonra kəndə qayıdıb, birtəhər mexanizator işinə düzəlib. Gözlənilmədən onun işləri rəvan getməyə başlayıb, çünki hər yerdə özü də, başqaları da onun qardaşının şücaətindən bəhs ediblər, nəticədə qəhrəmanın qardaşının qarşısında yaşıl işıq yanırmış. Mikolanın qabağa çəkilmək şansı yarananda avtobioqrafiyasındakı “qardaşı işğal dönəmində faşist polisayı olub” qeydi işləri korlayırmış. Beləcə, alman polisayı Stepan igid qardaşına görə özünə daha yaxşı gün-güzəran qurub, igid partizan, həm də zəhmətkeş Mikola isə yaramaz qardaşının üzündən yazıq günə qalıb.

Əlbəttə, bu məsələnin lətifəsi Qubad İbadoğlundan da, Vüqar Bayramovdan da yan keçir. Çünki onların ikisi də savadlıdır, çalışqandır, vətənpərvərdir. Həm də onlar ayrı-ayrı adamlardır, sadəcə, bioloji qohumluqları var.

Biz, nəhayət, iki qardaşın birinin A, o birinin B partiyasının üzvü olmasını, birinin “Real”a, o birinin “Barselona”ya azarkeşlik etməsini normal qəbul etməliyik. Anlamalıyıq ki, iki qardaşın biri təmkinli, o biri səbirsiz, biri istedadlı, o biri istedadsız da ola bilər. Hətta patriot və pasifist qardaşların olması da mümkündür.

Ona görə də Vüqar Bayamovun mandatına hücumun yeri yoxdur. O, ondan imtina etsə də, bizə verməyəcəklər.

Samir Sarı,

Müsavat

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Qubad İbadoğlunun müşaviri həbs EDİLDİ
backend
Azərbaycanda bu maşınların qiyməti ucuzlaşa bilər
backend
"İran Naxçıvanla sərhəddə silah-sursat yığmaqda davam edir" - Deputat
backend
Deputat idmançıların həbsindən DANIŞDI
backend
Minimum pensiyadakı artımın kimləri əhatə edəcəyi AÇIQLANDI
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 297

XƏBƏR LENTİ

Göyçayda təhsilin inkişafına töhfə verən məktəb rəhbəri – İlqar Rüstəmov [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2511 Ekm
Vaqif müəllim – sahibkarlıq fəaliyyəti, vətəndaş mövqeyi və milli dəyərlərə sədaqəti ilə seçilən iş adamı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1711 Ekm
Tramp Atlantik və ya Sakit okeanın adını dəyişməyi düşündüyünü açıqlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0311 Ekm
Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5811 Ekm
Azərbaycan millisi Avstriyanı 4:0 hesabı ilə məğlub edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3911 Ekm
Polşada 25 yaşlı azərbaycanlı vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3711 Ekm
Gəncəyə dördüncü raket hücumundan altı il ötür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3611 Ekm
Şahbaz Şərif İlham Əliyevdən dəstək istədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1011 Ekm
Polkovnik Nofəl Əsədov FHN-də yüksək vəzifəyə təyin olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0711 Ekm
Azərbaycanda LGBT təbliğatına məhdudiyyətlərin tətbiqi müzakirə olunur? [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0511 Ekm
Azərbaycanda bir sıra məhkəmələrə yeni hakimlər təyin edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5911 Ekm
Masazırda yanğın: 4 avtomobilə ziyan dəydi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5111 Ekm
Nailə Sadıqova: təhsildə məsuliyyət, idarəçilik və valideyn məmnuniyyəti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2210 Ekm
Cəlilabad rayonunda təhsilə məsuliyyətli yanaşma: Xalidə Hüseynovanın rəhbərliyi valideynlərin razılığı ilə diqqət çəkir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1510 Ekm
Gülarə Ağayevanın rəhbərlik etdiyi uşaq bağçası: gələcəyin təməli uşaqlıqdan qoyulur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0610 Ekm
İmişli rayonunun Çahar kənd məktəbi: peşəkar idarəçilik, pedaqoji məsuliyyət və təhsilin inkişafına xidmət [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4810 Ekm
“Smart Education” bağçalar şəbəkəsi: müasir məktəbəqədər təhsilin keyfiyyətinə və uşaqların hərtərəfli inkişafına yönələn idarəçilik nümunəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4210 Ekm
Tovuzda ildırım səbəbindən evdə yanğın baş verdi – Ev sahibi zəhərləndi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0410 Ekm
TƏBİB-də yeni təyinat olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0110 Ekm
Bakıda 10 küçə və prospektdə nəqliyyatın hərəkəti müvəqqəti tənzimlənəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:5810 Ekm
Mingəçevirdə tanınmış həkim-qastroenteroloq vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:5110 Ekm
Abşeronda yaşayış kompleksində baş verən yanğın söndürülüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:4810 Ekm
Ər-Riyad hava limanına raket hücumu: Səudiyyə Ərəbistanının pilotu həlak olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:3610 Ekm
İlham Əliyev: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:2310 Ekm
Türkmənistanda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:0310 Ekm
2026-cı il Nobel Sülh Mükafatının qalibi açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:0110 Ekm
İlham Əliyev “Avaza” Kompleksində Azərbaycan milli stendi ilə tanış olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:5910 Ekm
Zaminə Mehtiyeva – təhsilin keyfiyyətinə, idarəetmə mədəniyyətinə və məsuliyyətli rəhbərlik prinsipinə önəm verən direktor [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:069 Ekm
İsmayıl Əvəzov – dövlətə xidmətin, idarəçilik mədəniyyətinin və peşəkar məsuliyyətin təcəssümü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:239 Ekm
Ermənistanda hərbi xidmətə çağırış yaşı 32-yə qaldırıla bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:009 Ekm
Romario Ronaldunun səhvini açıqladı: “Daha əvvəl ona belə deməli idi” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:599 Ekm
ABŞ-də Nikolas Maduro və həyat yoldaşına qarşı yeni ittihamlar irəli sürülüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:529 Ekm
Tailand kraliçası qırıcı təyyarədə təkbaşına uçuş həyata keçirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:409 Ekm
Azərbaycanda bəzi kolleclər ləğv oluna, digərləri universitetlərin tərkibinə daxil edilə bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:069 Ekm
“Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Elvin Mahmudzadə həbs edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:049 Ekm
İlham Əliyev Türkmənbaşı şəhərində Milli Kulinariya Festivalı ilə tanış olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:599 Ekm
Ermənistanın Gorus şəhərində TRIPP layihəsi ilə bağlı texniki görüş keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:539 Ekm
Noyabr ayında ardıcıl üç gün istirahət olacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:439 Ekm
“ARAZ” MARKETİNDƏ KOLBASA SKANDALI? İSTEHLAKÇININ İDDİALARI CİDDİ SUALLAR YARADIR — QANUNTV.AZ ARAŞDIRILMASINI TƏLƏB EDİR! [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:389 Ekm
229 nömrəli məktəbdə rəhbərliyin izi – Məmmədova Vüsalə Dövlət qızının fəaliyyəti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:068 Ekm
Gəncə təhsilində rəhbərlik nümunəsi – Esmira Qaraxanovanın idarəçilik məktəbi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:148 Ekm
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:478 Ekm
İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:428 Ekm
İstanbulda altımərtəbəli bina çökdü: Dağıntılar altında qalanlar var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:368 Ekm
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə