
Mərmərə dənizinin İstanbul sahillərində yenidən zəlzələ baş verib.
Büyükçekmece sahillərində 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələ təxminən 7 kilometr dərinlikdə baş verib.
Qeyd edək ki, ötən gün Mərmərə dənizində baş verən zəlzələ İstanbulda hiss edilib. Ən güclüsü 6.2 maqnitudalı olan zəlzələ zamanı 200-dən artıq insan yaralanıb.