
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda daha 9 oyun keçiriləcək.
Azərbaycan təmsilçisi "Qarabağ komandası İspaniya səfərində "Atletik - Bilbao" ilə üz-üzə gələcək.
"San Mames" stadionunda keçiriləcək oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
"Qarabağ" bundan əvvəl keçirdiyi hər iki görüşdə qalib gəlib, "Atletik" isə hələ ki, xal qazanmayıb.
21 oktyabr
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur
20:45. "Atletik" – "Qarabağ"
Baş hakim: İqor Payaç
"San Mames" stadionu