
Türkiyənin Samsun şəhərinin İlkadım rayonunda yaşayan İsa və Hale Kereci cütlüyü sosial şəbəkədə qarşılarına çıxan süni intellektlə hazırlanmış saxta investisiya videosu ilə dələduzluğun qurbanı olduqlarını bildiriblər. QanunTV.az xəbər verir ki, cütlük müxtəlif bəhanələrlə – sənəd, sığorta, vergi və bank köçürməsi adı altında aldadılaraq ümumilikdə 1,5 milyon lirə maddi zərərə düşüb. Zərərçəkənlər Samsun prokurorluğuna müraciət ediblər və vətəndaşları sosial mediada yayılan investisiya reklamlarına qarşı diqqətli olmağa çağırıblar.





