
Bakı, 7 yanvar — Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi istiqamətində faciəvi hadisə baş verib.
1987-ci il təvəllüdlü Toğrul Firdovsi oğlu Süleymanov idarə etdiyi "Mercedes Vito" markalı avtomobillə Məmmədli dairəsi yaxınlığında asfalt üzərində sərxoş vəziyyətdə uzanmış 2003-cü il təvəllüdlü Kənan Şəmsəddin oğlu Əmirovu vurub.
Nəticədə K. Əmirov aldığı xəsarətlərdən xəstəxanada ölüb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.





