
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşlarımızın sayı açıqlanıb.
Rəsmi məlumata görə, ümumilikdə 4004 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3998 nəfəri Birinci Qarabağ müharibəsi, 6 nəfəri isə Vətən müharibəsi və sonrakı dövrdə itkin düşən şəxslərdir.
Qeyd edək ki, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində müvafiq dövlət qurumları tərəfindən işlər davam etdirilir.
QanunTV.az





