
Gəncə şəhərində 16 yaşlı oğlan bıçaqlanıb.
Hadisə şəhər ərazisində yerləşən orta məktəblərdən birinin qarşısında qeydə alınıb. Şəhər sakini, 2010-cu il təvəllüdlü N.Məmmədov bel nahiyəsindən aldığı kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.
Yaralıya dərhal tibbi yardım göstərilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta-ağır qiymətləndirilir.





