
Rusiyanın Kamçatka yarımadasında qeydə alınan güclü qar fırtınası bölgədə həyatın demək olar ki, bütün sahələrinə təsir edib. Son 30 ilin ən intensiv qar yağışı nəticəsində bəzi yaşayış məntəqələrində qar örtüyü binaların ikinci-dördüncü mərtəbəsinə qədər çatıb.
Fırtına səbəbindən yollar bağlanıb, nəqliyyat çətinləşib, kommunal xidmətlər gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Xilasedicilər qar altında qalmış sakinlərə kömək üçün tunellər qazmalı olublar.
Rəsmi qurumlar sakinləri ehtiyatlı olmağa və mümkün olmadıqca evdən çıxmamağa çağırıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə küçələrin, avtomobillərin və binaların qalın qar altında qaldığı açıq şəkildə görünür.






