
Fevralın 6-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və “Gilan” şirkətinin dəstəyi ilə keçirilən Qəbələ “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi baş tutub.
QanunTV.az xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Fondun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər, tanınmış ictimai xadimlər, Qəbələ sakinləri və qonaqlar iştirak ediblər.
Festival çərçivəsində müxtəlif ölkələrdən tanınmış musiqiçilərin iştirakı ilə konsert proqramlarının təqdim olunacağı bildirilib.













