
21 fevral 2026-cı il tarixində saat 06:00 radələrində Bakı–Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi zamanı ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yanğının ləğvi əməliyyatı zamanı xidməti vəzifələrini yerinə yetirən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı, 1984-cü il təvəllüdlü Piriyev Hakim Şahlar oğlu hərəkətdə olan yük avtomobilinin vurması nəticəsində həyatını itirib.
Hadisə yerində müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, yanğınsöndürən hadisə zamanı vətəndaşların təhlükəsizliyinin təmin olunması və yanğının qarşısının alınması istiqamətində xidməti borcunu yerinə yetirirdi.





