
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qanuntv.az Oxu.az- istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Zığ şosesində qeydə alınıb.
2008-ci il təvəllüdlü Məhəmməd Ovçuyev idarə etdiyi motosikletə nəzarəti itirərək yolun kənarındakı səkiyə çırpılıb. Qəza nəticəsində o, ağır xəsarətlər alıb.
Aldığı xəsarətlər səbəbindən gənc hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.





