![]()
Naxçıvan Beynəlxalq Hava Limanı bu gün İran tərəfindən dron zərbəsinə məruz qalıb.
Qanuntv.az xəbər verir ki, hava limanı terminalında dağıntılar baş verib, tavan konstruksiyaları və şüşələr zədələnib. Hadisə nəticəsində tələfat qeydə alınmayıb, lakin müəyyən maddi ziyan meydana gəlib.
Hava limanında uçuşlarla bağlı məhdudiyyətlər tətbiq olunub və Naxçıvana istiqamətlənən bəzi təyyarələr geri qayıdıb.
İran tərəfi hadisəni təsdiqləyib, hazırda isə təhlükəsizlik tədbirləri gücləndirilib və vəziyyət nəzarət altına alınır.





