
Füzuli rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.
Qanuntv.az xəbər verir ki, qəza zamanı iki nəfər hərbçi həyatını itirib, bir nəfər ANAMA əməkdaşı isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisənin dünən səhər saatlarında rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alındığı bildirilir. Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobillə “VAZ 2107” markalı maşın toqquşub.
Qəza nəticəsində 1990-cı il təvəllüdlü Əli Vəliyev və 2000-ci il təvəllüdlü Mirqəşəm Talıbov hadisə yerində həyatlarını itiriblər.
Hadisə zamanı xəsarət alan 1995-ci il təvəllüdlü Süleyman Süleymanov və 2001-ci il təvəllüdlü Rəşad Namazəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanası çatdırılıblar.
Məlumata görə, həyatını itirən şəxslər hərbçi, yaralanan R.Namazəliyev isə ANAMA əməkdaşıdır.
Sosial şəbəkələrdə yayılan görüntülər hadisənin miqyasının ciddi olduğunu göstərir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.





