
Heydər Əliyev Fondunun vitse-prezidenti, Leyla Əliyeva və Arzu Əliyeva Şəki şəhərinə səfər çərçivəsində “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən ABAD Keramika və Tətbiqi Sənət Mərkəzini ziyarət ediblər.
Qanuntv.az xəbər verir ki, ziyarət zamanı qonaqlara mərkəzin fəaliyyəti, burada istehsal olunan sənət nümunələri və yerli ustaların əl işləri barədə məlumat verilib.
Qeyd edək ki, ABAD layihəsi regionlarda sənətkarlığın inkişafına, ailə bizneslərinin dəstəklənməsinə və milli-mədəni irsin qorunmasına xidmət edir.








