
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva sosial şəbəkə hesabında Buta İncəsənət Mərkəzindən yeni paylaşımı ilə diqqət çəkib.
Qanuntv.az xəbər verir ki, paylaşımda Buta İncəsənət Mərkəzində çəkilmiş görüntülər yer alıb. Alyona Əliyevanın paylaşımı qısa zamanda sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.
Buta İncəsənət Mərkəzi paytaxtın mədəni həyatında önəmli məkanlardan biri hesab olunur və burada tez-tez müxtəlif sərgilər, incəsənət tədbirləri və mədəni proqramlar təşkil edilir.










