
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva bu gün Talassemiya Mərkəzini ziyarət edib və sosial media hesabında paylaşım edib. Paylaşımda mərkəzdə xəstələrə göstərilən tibbi xidmətlər və həyata keçirilən sosial layihələrdən bəhs olunub.
Ziyarətdə həmçinin IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva da iştirak edib. Alyona Əliyeva paylaşımında insanların sağlamlıq məsələlərinə diqqət yetirməsinin vacibliyini vurğulayıb və ictimaiyyətin mərkəzin fəaliyyətinə marağını artırmaq məqsədini qeyd edib.













