“Hazırda müəllimlərin işə qəbulu imtahanlarında sualların satılması ilə bağlı məsələ araşdırılır”.
Bunu təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirdiyi brifinqdə bildirib.
Nazir bildirib ki, Təhsil Nazirliyi imtahanların şəffaf keçirilməsində maraqlıdır:
“Sualların satılması ilə bağlı məsələ araşdırılır. Bu, bizim səhvimizdir və mən nöqsanın məsuliyyətindən qaçmıram. Səbəbi araşdırılır. Hansısa müəllim məsuliyyətsizliyə yol verib və bu məsuliyyətsizliyi hüquq-mühafizə orqanları ilə müəyyən ediləcək”.
Nazir qeyd edib ki, bir nəfərin məsuliyyətsizliyi 4 min insanın əməyini yerə vurub.