• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Rəsmi Bakıdan Ermənistan XİN-ə - Cavab [xfvalue_red]

4 Ağu, 22 - 09:49

Rəsmi Bakıdan Ermənistan XİN-ə - Cavab


“Ermənistan XİN-in Azərbaycan tərəfini əsassız şəkildə ittiham edən 3 avqust tarixli bəyanatını qətiyyətlə rədd edirik”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in 3 avqust 2022-ci il tarixli bəyanatına dair şərhində bildirilir.

Qeyd olunur ki, Ermənistan XİN-in Azərbaycanı üçtərəfli bəyanatı pozmaqda ittiham etməsi riyakarlıqdan başqa bir şey deyildir:

“Xatırladırıq ki, Ermənistan tərəfindən üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarının yerinə yetirilmədiyi, xüsusilə də erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazilərindən çıxarılmadığı dəfələrlə tərəfimizdən bəyan edilib. Üçtərəfli bəyanatın 4-cü maddəsinə əsasən “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”.

Qeyri-qanuni erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərində mövcudluğuna dair Azərbaycan tərəfində olan çoxsaylı dəlillərə əlavə olaraq, bu fakt erməni rəsmiləri tərəfindən də etiraf edilib. Belə ki, Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini Saak Saakyanın bu il 29 iyun tarixində hərbi xidmətə çağırılan vətəndaşların valideynləri ilə görüşdə “Qarabağ bölgəsində erməni müddətli hərbi xidmətçilərinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları ilə əvəzlənəcəyinə” dair söylədikləri, habelə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın 19 iyul 2022-ci il tarixli müsahibəsində “Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qarabağdan çıxarılmasının bu ilin sentyabr ayında başa çatacaq” söyləməsi Ermənistanın üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, hələ də silahlı hərbi birləşmələrini qonşu dövlətin ərazisində qeyri-qanuni saxladığını bariz şəkildə göstərir.

Vurğulayırıq ki, yaşanan son gərginliyin səbəbi, məhz qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərində mövcudluğu və təxribatlara əl atmasıdır. 3 avqust tarixində Azərbaycan əsgərinin şəhid olması ilə nəticələnən qanlı insident də məhz Ermənistanın öhdəliklərinin yerinə yetirməməsinin nəticəsidir.

Üçtərəfli bəyanatın 6-cı bəndinə istinad edərək, Azərbaycanı müvafiq müddəanın pozuntusunda ittiham edən Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, Laçın dəhlizi üzrə yeni yolun inşası razılaşdırılmış marşrut üzrə artıq uzun aylardır ki, gedir və Ermənistan tərəfi bu yol ilə bağlı kifayət qədər məlumatlıdır.

Əgər Ermənistan tərəfi üçtərəfli bəyanatın digər müddəaları kimi bu öhdəliyin də həyata keçirilməsini müxtəlif bəhanələrlə ləngitmək məqsədini güdürsə, bu bir daha Ermənistanın qeyri-konstruktiv və üçtərəfli bəyanatların və digər razılaşmaların icrasına münasibətdə pozucu fəaliyyətinin bariz nümunəsidir.

Bölgədə sülh və sabitliyin təmin olunması, habelə münaqişə sonrası normallaşma üçün üçtərəfli bəyanatların tam icrası vacibdir. Azərbaycan, öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edir.

Azərbaycanı “aqressiv fəaliyyətdə” ittiham edən Ermənistan XİN-ə xatırladırıq ki, hərbi birləşmələri 30 ilə yaxın qonşu dövlətin ərazilərinin işğalını həyata keçirən, işğal siyasətinə son verildikdən sonra hələ də qanunsuz silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmayan məhz Ermənistandır. Azərbaycan isə öz ərazilərinin təhlükəsizliyini və bütövlüyünü qanuni əsaslarla təmin edir”, - deyə açıqlamada vurğulanır.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Ceyhun Bayramov Qarabağdakı gərginlikdən DANIŞDI
backend
QİSAS əməliyyatının bir hədəfi də elə RUSLAR İDİ... - DAVAMI GƏLƏCƏK...
backend
“Erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması labüddür”
backend
Azərbaycan Ordusu bu silsilə və yüksəklikləri nəzarətə götürdü
backend
Ermənistan MN açıqlama yaydı
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 012

XƏBƏR LENTİ

Bakıda tələbə universitet yaxınlığında qazılmış quyuya düşərək ağır xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:2311 Haz
Qubada hoteldə meyit tapıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:0811 Haz
Azərbaycanda 2025-ci ildə 15 mindən çox şəxsə ilk dəfə xərçəng diaqnozu qoyulub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:5911 Haz
Bakıda "QAZel" motosikletlə toqquşdu: Bir nəfər öldü, bir nəfər yaralandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:5411 Haz
"Mercedes" dronlara qarşı döyüş "Gelandewagen"i hazırlayır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4411 Haz
Bakıda sürücü sükan arxasında vəfat etdi, avtomobil mağazaya çırpıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3411 Haz
“Vətəndaşların müraciətləri haqqında” Qanunda mühüm dəyişikliklər edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2911 Haz
14 saylı uşaq bağçasının müdirəsi Günel Orucovanın fəaliyyəti yüksək qiymətləndirilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0011 Haz
Məmmədli Manaf – peşəkarlığı, məsuliyyəti və yüksək xidmət keyfiyyəti ilə seçilən diş həkimi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5211 Haz
Kərim Vəliyev Hərbi Dəniz Qüvvələrində keçirilən təlimi izləyib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4011 Haz
Qurtuluşun Əbədi İşiğı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:1110 Haz
Zakir Həsənov Serbiyada rəsmi səfərdədir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0610 Haz
Bakının mərkəzində yolda çökmə – iri çuxur yarandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0010 Haz
Bakıda evdən 50 yaşlı qadının meyiti tapılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5210 Haz
Beş ayda 19,4 min nəfərə əlillik təyin olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4310 Haz
Təhsilə həsr olunan ömür və nümunəvi rəhbərlik [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2610 Haz
Gəlinini 74 bıçaq zərbəsi ilə qətlə yetirən şəxsə hökm oxundu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0610 Haz
Bakıda qadın sürücünün vurduğu piyada həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0010 Haz
Arazda batan yeniyetmənin meyiti tapıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5310 Haz
Yevlaxda 91 yaşlı qadın yanaraq həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3410 Haz
Ağdamda 15 yaşlı məktəbli qız evdən qaçdı, Bərdədə tapıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1810 Haz
Valideynlərin etimadını qazanan təhsil rəhbəri – Əlisoy Təranə Hüseyn qızı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1110 Haz
Çövkən üzrə dünya çempionatı: Niger və Nigeriya qələbə qazandı, Azərbaycan heç-heçə etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:139 Haz
Ağdaşda valideynlər birinci sinfə qəbul prosesi ilə bağlı narazılıq edirlər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:189 Haz
Azov dənizində zərər görən azərbaycanlı dənizçilər ölkəyə qaytarılır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:599 Haz
Bərdədə ağır yol qəzası: hərbçi həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:509 Haz
Türkiyə millisinin müşayiətində polis motosikleti qəzaya uğradı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:489 Haz
Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:439 Haz
Əfqan Sadıqov həbs edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:419 Haz
Tramp: ABŞ və İran arasında razılaşma yaxın iki həftədə əldə oluna bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:359 Haz
İran hava məkanında bütün uçuş məhdudiyyətlərini ləğv etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:279 Haz
Təhsilə Həsr Edilən Ömür – Əkbərov Taryel Müəllimin Fədakar Fəaliyyəti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:179 Haz
Son iki gündə 6 piyada avtomobil vurub: 4 nəfər həyatını itirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:558 Haz
Turizm sahəsinin tanınmış nümayəndəsi Ruslan Quliyev vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:428 Haz
Dominikan Respublikasında təyyarə qəzası: İki nəfər həlak olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:368 Haz
"Sağlam həmkar" minifutbol turnirinə start verilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:268 Haz
Bakıda faciə: Ata və məktəbli oğlu mənzildə ölü tapıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:128 Haz
Ermənistanda seçkilərin ilkin nəticələri açıqlandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:008 Haz
İsmayıllıda avtomobil küçədə yanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:568 Haz
Pakistanda antiterror əməliyyatı: 27 silahlı şəxs məhv edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:488 Haz
Ceyhun Bayramov İstanbulda üçtərəfli görüşdə iştirak edəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:318 Haz
Ağdaşda 63 yaşlı kişinin meyiti su kanalında tapılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
06:028 Haz
Şamaxıda zəlzələ qeydə alınıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:117 Haz
Bu gün Ümumdünya Qida Təhlükəsizliyi Günüdür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:067 Haz
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə