
Vətən müharibəsi iştirakçısı Coşqun Çingiz oğlu Təhməzov vəfat edib.
Qanuntv.az xəbər verir ki, Coşqun Təhməzov doğulduğu Cəlilabad rayonunda son mənzilə yola salınıb. O, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şücaətlə iştirak edib.
Qeyd edək ki, Coşqun Təhməzov döyüşlər zamanı göstərdiyi igidlik və xidmətlərinə görə dövlət tərəfindən müxtəlif medallarla təltif olunmuşdu. Onun vəfatı yaxınları, döyüş yoldaşları və onu tanıyanlar tərəfindən dərin hüznlə qarşılanıb.
Qanuntv.az kollektivi mərhumun ailəsinə, yaxınlarına və bütün doğmalarına dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyir.
Allah rəhmət eləsin.





