
UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək ÇSKA (Sofiya, Bolqarıstan) – "Qarabağ" cavab oyunu üçün biletlər bu gün saat 17:00-dan etibarən satışa çıxarılacaq.
"Qarabağ" Futbol Klubunun yaydığı məlumata görə, azarkeşlər biletləri iTicket.az platforması vasitəsilə onlayn əldə edə biləcəklər. Bir biletin qiyməti 28 AZN təşkil edir.
Bildirilib ki, Sofiyadakı "Vasil Levski" stadionunda "Qarabağ" azarkeşləri üçün ümumilikdə 800 yer ayrılıb.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Tərəflər arasında cavab görüşü iyulun 30-da Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
"Qarabağ" bu oyunda uğurlu nəticə qazanacağı təqdirdə UEFA Avropa Liqasının növbəti təsnifat mərhələsinə vəsiqə əldə edəcək.





