
Sumqayıt şəhərinin Stansiya Sumqayıt qəsəbəsində yaşayan abonentlərin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Qanuntv.az xəbər verir ki, buna səbəb diametri 76 millimetr olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə aparılacaq təmir işləridir.
Bildirilib ki, təmir işləri ilə əlaqədar olaraq bu gün saat 11:30-dan etibarən 1 700 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Məlumata görə, təmir işləri başa çatdıqdan sonra qazın verilişi abonentlərə mərhələli şəkildə bərpa olunacaq.
Aidiyyəti qurum sakinlərdən yaranan müvəqqəti narahatlığa görə anlayış göstərmələrini xahiş edib.





