
Azərbaycanın Xalq artisti Tofiq Mirzəyev İsrail Dövlətinin Arad şəhərində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.
Qanuntv.az xəbər verir ki, dəfn mərasimində mərhum sənətkarın ailə üzvləri, yaxınları, eləcə də İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi iştirak ediblər.
Tofiq Mirzəyev Azərbaycan mədəniyyətinin inkişafına uzun illər ərzində mühüm töhfələr vermiş tanınmış sənət xadimlərindən biri olub. Onun zəngin yaradıcılığı və sənət irsi hər zaman dəyərli irs kimi xatırlanacaq.
Qeyd edək ki, Xalq artistinin vəfatı ölkənin mədəniyyət ictimaiyyəti tərəfindən dərin hüznlə qarşılanıb.
Qanuntv.az kollektivi mərhumun ailəsinə, doğmalarına və onu sevən hər kəsə dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyir.





