
Bu gün Azərbaycan teatr və kino sənətinin tanınmış nümayəndəsi, Əməkdar incəsənət xadimi Oruc İzzət oğlu Qurbanovun doğum günüdür.
Qanuntv.az xəbər verir ki, Oruc Qurbanov uzun illər Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr verib. O, teatr və kino sahəsindəki uğurlu fəaliyyəti, yaratdığı yaddaqalan obrazlar və sənətə verdiyi dəyər ilə tamaşaçıların rəğbətini qazanıb.
Sənətkar xüsusilə Xocalı soyqırımından bəhs edən "Haray" filmi ilə faciənin dünyaya çatdırılmasında mühüm rol oynayıb. Onun yaradıcılığı milli-mənəvi dəyərlərin təbliği və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına xidmət edən dəyərli sənət nümunələri ilə zəngindir.
Qanuntv.az kollektivi Əməkdar incəsənət xadimi Oruc Qurbanovu doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayır.





