CBC telekanalının lentə aldığı sənədli film Afrikada izləyicilər arasında böyük rezonans doğurub.
Afrikanın bir neçə KİV-i Azərbaycan telekanalının sözügedən bu sənədli filminə yazılar da həsr edib.
46 dəqiqəlik sənədli film Fransanın Afrika ölkələri, xüsusilə də Mali ilə bağlı siyasətinin xüsusiyyətlərindən bəhs edir. Fransa bu gün faktiki olaraq yeganə müstəmləkə imperiyası olaraq qalır.
“Mali. Fransanın müstəmləkə irsinin öhdəsindən gələrək” adlı bu sənədli filmdə, həmçinin fransızların xüsusi amansızlıqla seçildikləri və qan tökdükləri Malinin necə müstəmləkəyə çevrilməsindən danışılır. Belə ki, Malini ələ keçirən fransızlar ölkənin çoxəsrlikdövlətçiliyini məhv ediblər.
Qeyd olunur ki, Afrikada müstəmləkələrin formalaşması prosesində qəbilələr arasında tarixi əlaqələr məhv edilib, tarixi yaddaşla yanaşı, qəbilə kimliyi silinib, milli dillər sıxışdırılıb istifadədən çıxarılıb. Bütün bunlarla yanaşı, bu proses boyu xalqlar arasında etnik qarşıdurma təbliğ və təşviq edilib.
Malinin bu gün müstəqil ölkə olmasına baxmayaraq, hələ də Fransa müstəmləkəçiliyinin fəsadlarından qurtula bilmir. Fransa uzun illər ərzində ölkənin bütün sərvətini talayaraq onun vətəndaşlarını yoxsul həyata məhkum edib. Filmin müəllifləri ölkənin müxtəlif hissələrinə səfər edib və sadə Mali sakinlərinin həyat və məişət şəraiti ilə tanış olub. Bu isə öz növbəsində Malidə vəziyyətin necə olmasına dair tam təsəvvür əldə etməyə imkan verib.
Videonu bu link vasitəsilə izləyə bilərsiz: