ABŞ Prezidenti Co Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb.
Bu barədə ölkədə keçirilən sorğu nəticəsində məlum olub.
ABŞ əhalisinin təxminən 61%-i Prezident Co Baydenin gördüyü tədbirlərin iqtisadi vəziyyəti daha da pisləşdirdiyini hesab edir.
Demokrat seçicilərin demək olar ki, 70%-i qarşıdan gələn seçkilərdə başqa namizəd görmək istəyir.
Beləliklə, dövlət başçısının bəyənmə reytinqi 39%-ə düşüb. Bu, Demokratlar Partiyasını narahat edir və onlarda Baydenin yenidən seçilməsinə şübhə yaradır.
Mənbə: CNN