Bu gün AVRO-2024-ün seçmə mərhələsində VII turun növbəti oyunları baş tutacaq.
B, F və J qruplarında ümumilikdə yeddi qarşılaşma baş tutacaq.
F qrupunda yer alan Azərbaycan millisi səfərdə Estoniyanın qonağı olacaq. Qrupun digər matçında Avstriya Belçika ilə üz-üzə gələcək. Bu görüşün qalibi final mərhələsinə vəsiqəni təmin edəək.
B qrupunda Fransa Niderlandla qarşılaşacaq. Fransızlar qalib gəlsələr, AVRO-2024-ə vəsiqə əladə edəcəklər. Sözügedən matçın heç-heçə bitməsi halında isə Yunanıstanın məğlubiyyəti son dünya çempionatının finalçısını AVRO-2024-ün əsas yarışına aparacaq.
J qrupunda isə Portuqaliya öz meydanında Slovakiyaya qalib gəlməklə tapşırığın öhdəsindən gələ bilər. Lakin pireneylilər həm də Lüksemburqun qələbə qazanmamasına ümid etməlidirlər.
AVRO-2024
Seçmə mərhələ, VII tur
13 oktyabr
B qrupu
22:45. Niderland - Fransa
22:45. İrlandiya - Yunanıstan
Xal durumu: Fransa - 15, Niderland - 9, Yunanıstan - 9, İrlandiya - 3, Cəbəllüttariq - 0
F qrupu
20:00. Estoniya - Azərbaycan
22:45. Avstriya - Belçika
Xal durumu: Avstriya - 13, Belçika - 13, İsveç - 6, Azərbaycan - 1, Estoniya - 1.
J qrupu
22:45. Portuqaliya - Slovakiya
22:45. İslandiya - Lüksemburq
22:45. Lixtenşteyn - Bosniya və Herseqovina
Xal durumu: Portuqaliya - 18, Slovakiya - 13, Lüksemburq - 10, Bosniya və Herseqovina - 6, İslandiya - 6, Lixtenşteyn - 0