
Sumqayıtda yol-nəqliyyat hadisəsi zamanı hakim həyatını itirib.
Qanuntv.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva Sumqayıt–Pirşağı avtomobil yolunda avtomobili qarşıdan gələn maşınla toqquşub.
Hadisə nəticəsində sürücü ağır xəsarət alıb, hakim Rzayeva isə hadisə yerində vəfat edib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Aynur Rzayeva şəhid övladı olub və 2022-ci ildən məhkəmə sistemində fəaliyyət göstərib.





