• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Suqovuşanın işğaldan azad edilməsindən 2 il ötür [xfvalue_red]

3 Ekm, 22 - 10:43

Suqovuşanın işğaldan azad edilməsindən 2 il ötür


Bu gün Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 2 il ötür.

2020-ci ilin oktyabrın 3-də Azərbaycan Ordusu hər iki kəndi erməni işğalçılarından təmizləyib.Həmin gün Suqovuşan və Talışda Azərbaycanın üçrəngli şanlı bayrağı qaldırılıb.

1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Qədim adı Suqovuşan olan, sovet hakimiyyəti illərində Madagiz adlandırılan kənd Tərtər rayonuna birləşdirilən yaşayış məntəqələrindən biridir.

Suqovuşan ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Lakin 1994-cü ilin aprelində yenidən Ermənistan tərəfindən işğal olunub.

Kənd ərazisində Suqovuşan su anbarı və Suqovuşan-1 su elektrik stansiyası yerləşir. Ermənilər Suqovuşanı işğal etdikdən sonra burada hərbi hissələr yaratmışdı. 49971 saylı hərbi hissə Ermənistan ordusunun Qarabağdakı ən yaxşı hərbi hissələrindən biri hesab olunurdu. Bundan başqa, erməni ordusunun "6-cı müdafiə rayonu" kimi qeyd etdiyi 33651 nömrəli hərbi hissə də Suqovuşanda mövqe tuturdu.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin oktyabr ayının 3-də Suqovuşanın erməni işğalından azad olunduğunu açıqlayıb. Daha sonra Ali Baş Komandan həmin dövrdə 1-ci Ordu Korpusuna komandanlıq edən general-mayor Hikmət Həsənovu Suqovuşanın işğaldan azad olunması münasibətilə təbrik edib.

Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri hesab olunur. Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb.

Ermənistan Silahlı Qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə qoşunlarımız tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib, şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. 5-ci dağatıcı alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb.

Suqovuşanın düşməndən azad edilməsi Suqovuşan su anbarından Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi ilə ekoloji tarazlıq təmin olunub.

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə "Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan adlandırılması haqqında" qanun layihəsi Milli Məclisə göndərilib. Layihə parlamentin 2020-ci ilin oktyabrın 6-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb və qəbul edilib.

Daha sonra Prezident İlham Əliyev Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında qanunu imzalayıb. Sənədə əsasən, Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılıb.

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 29-da və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq Sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

2020-ci ilin oktyabr ayının 3-də erməni işğalından azad olunan Talış kəndi XVIII-XIX əsrlərdə mövcud olmuş Gülüstan məlikliyinin mərkəzi olub. Talış kəndi əvvəllər Ağdərə rayonunun inzibati ərazisinə aid olub. Lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Talış kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.

Kənd Qarabağ müharibəsinin əvvəlində Ermənistan ordusu tərəfindən işğal olunub. Lakin 1992-ci ilin Ağdərə əməliyyatı zamanı iyunun 16-sı Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovun 1-ci Goranboy batalyonu və komandir Nazim Bayramovun tank batalyonu (ümumilikdə 8 tank) tərəfindən Tapqaraqoyunlu istiqamətindən birgə sürətli hücum nəticəsində kənd erməni işğalçılarından azad edilib. Hücum zamanı Azərbaycan Ordusunun cəmi 1 əsgəri yaralanmışdı. Lakin 1994-cü ilin aprel ayında hücum edən erməni qüvvələri kəndi yenidən işğal ediblər.

2 aprel 2016-cı il tarixində Talış kəndinin ətrafındakı strateji yüksəkliklər Azərbaycan Ordusunun erməni işğalçılarına qarşı keçirdiyi əməliyyat zamanı düşməndən tam geri alınıb.

2017-ci il fevralın 24-25-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri Talış kəndinin ətrafındakı strateji yüksəklikləri ələ keçirmək məqsədilə təxribat törədiblər. Lakin Azərbaycan Silahlı Qüvvələri keçirdiyi əməliyyat zamanı onların qarşısını alaraq pilotsuz uçuş aparatı olan PUA-nı məhv ediblər.

Qeyd edək ki, oktyabrın 3-də Suqovuşan və Talış kəndləri ilə yanaşı Cəbrayıl rayonun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi də Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilib.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Bu gün Azərbaycanda Anım Günüdür
backend
Bakının işğaldan azad edilməsindən 104 il ÖTÜR
backend
Ermənilər Kəlbəcər və Tovuzu ATƏŞƏ TUTDU
backend
İlham Əliyev 2 sərəncam imzaladı
backend
Ermənilər sülhməramlıların olduğu ərazidə TƏXRİBAT TÖRƏTDİ
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:272 918

XƏBƏR LENTİ

Leyla Əliyeva yeni şeirini “Instagram” hesabında paylaşıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:1822 May
Emin Hüseynov: “Füzuli tamamilə yer üzündən silinmişdi” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:0422 May
WUF13 ilə əlaqədar dəyişdirilən marşrutların fəaliyyəti bərpa edilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:5322 May
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:4822 May
Paşinyan: Ermənistan üçün Rusiya qazının qiymətinin artırılması istisna edilmir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:3522 May
Avropa Parlamentində Azərbaycanla bağlı müzakirələr – deputatlardan Brüsselin siyasətinə sərt tənqid [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:1922 May
İlham Əliyev Avrasiya Milli Universitetinin 30 illiyi münasibətilə təbrik məktubu göndərib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:1222 May
Fəs şəhərində yaşayış binası uçub: ölənlər var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5722 May
Ronald Kompanokaın sərgisi Heydər Əliyev Mərkəzində açılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4522 May
Leyla Əliyeva Esvatini Kralı ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2722 May
İlham Əliyev BMT baş katibinin müavini Amina Mohammed ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:3021 May
Sadır Japarovdan Prezident İlham Əliyevə Müstəqillik Günü təbriki [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:5921 May
“Qarabağ”dan növbəti transfer addımı – Zakaria Savo Bakıya gəlir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:1521 May
Ərdoğan Azərbaycan hərbçilərinin iştirak etdiyi təlimləri izləyib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:3221 May
BMT Baş katibinin müavini Azərbaycana səfərə gəlib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:2221 May
Emmanuel Macron Prezident İlham Əliyev-ə zəng edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1021 May
Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi başlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1321 May
ADU tələbəsi Nərgiz Hacıyeva vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0521 May
Ərdoğan və Tramp regional məsələləri müzakirə ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5221 May
Bakıda milli geyimlərdə yürüş keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4021 May
Azərbaycan MN rəhbərliyi “EFES - 2026” təlimində iştirak üçün Türkiyəyə səfər edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:5620 May
IDEA İctimai Birliyi “yaşıl şəhərlər” və ekoloji layihələrini genişləndirir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:4620 May
“Qarabağ” Elvin Cəfərquliyevin transferi ilə bağlı danışıqlara başlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:3820 May
Prezident İlham Əliyev XRİTDX ilə bağlı fərmanda dəyişiklik edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:1920 May
Prezident İlham Əliyev “Azərbaycan Metrologiya İnstitutu”nun əməkdaşlarını “Tərəqqi” medalı ilə təltif edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:1620 May
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0620 May
Peşəsinə Sadiq, Şagirdlərinə Qayğıkeş Münasibəti ilə Seçilən Müəllim – Sədaqət Kərəməliyeva [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4920 May
EEAS nümayəndə heyəti Ağdam və Füzulidə aparılan bərpa işləri ilə tanış olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4620 May
Təhsilə Vicdanla Xidmət Edən Pedaqoq – Kəmalə Sadıxova [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3320 May
Qusar təhsilinin inkişafında nümunəvi rəhbər – Elmira Bayramova [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5020 May
Fizika elmləri doktoru, professor Yusif Alıyev – Quba filialının təhsil inkişafına töhfə verən rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:2219 May
Azərbaycan ilə Bolqarıstan arasında “Şuşa Parkı” layihəsinə dair Saziş təsdiqləndi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:3019 May
Sevil Bayramova – Quba Uşaq İncəsənət Məktəbində Gənc İstedadların Himayədarı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:5319 May
İlham Əliyev Belarus parlamentinin sədrini qəbul etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:4319 May
Pensiyaların ödənişi mayın 20-də yekunlaşdırılacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2819 May
Qusar rayonunda nümunəvi rəhbər – Zəkiyeva Milyanə valideynlərin böyük rəğbətini qazanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3219 May
Gənc nəslin savadlı yetişməsi üçün çalışan fədakar müəllim – Günel Hacıyeva [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1019 May
İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2219 May
Nəhəng asteroid Yerə rekord yaxın məsafədən keçdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1519 May
Milli Qəhrəman İqor Kşnyakinin doğum günüdür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:5619 May
Kamboca 2050-ci il üçün karbon neytrallığı strategiyasını təsdiqləyib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:2819 May
İlham Əliyev Çin Xalq Respublikası Baş nazirinin müavinini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:3918 May
Əli Əsədov WUF13 çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:3018 May
Bakı–Tbilisi əlaqələri müzakirə olunub: İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:2318 May
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə