
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri ilə bağlı açıqlama verib.
O bildirib ki, bəzi rayonlarda dağıntıların miqyası fərqli olub:
“Ağdamda heç olmasa bəzi xarabalıqlar var idi və orada vaxtilə bir şəhərin mövcud olduğunu təxmin etmək olurdu, amma Füzuli nümunəsində siz heç xarabalıq belə görə bilmirsiniz. Şəhər tamamilə yer üzündən silinmişdi.”
Qeyd edilib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin sayı artırılır. Onun sözlərinə görə, Ağdam rayonunda 72, Füzuli rayonunda 60, Xocavənd rayonunda isə 83 yaşayış məntəqəsi mövcuddur.
Xatırladılır ki, Ağdam və ətraf bölgələrdə genişmiqyaslı bərpa və yenidənqurma layihələri həyata keçirilir.





