
Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanla Moskva arasında müşahidə olunan gərginlik fonunda ölkəyə tədarük edilən Rusiya qazının qiymətinin artırılmasını istisna etmədiyini bildirib.
Baş nazir bu barədə “Facebook” səhifəsində yayımlanan mətbuat konfransı zamanı açıqlama verib.
Paşinyan çıxışında qeyd edib ki, hazırkı geosiyasi və iqtisadi vəziyyət fonunda Ermənistan üçün enerji qiymətləri ilə bağlı müxtəlif ssenarilər nəzərdən keçirilə bilər.
Qeyd edək ki, Ermənistanın əsas qaz təchizatçısı Rusiya ilə münasibətlər son dövrlərdə müəyyən gərginlik mərhələsi ilə müşahidə olunur. Ekspertlər bu vəziyyətin regionda enerji siyasətinə də təsir göstərə biləcəyini bildirirlər.





