
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbər heyəti “EFES - 2026” beynəlxalq hərbi təlimində iştirak etmək məqsədilə Türkiyəyə səfər edib.
Səfər çərçivəsində Azərbaycan hərbi nümayəndə heyəti Zakir Həsənovın rəhbərliyi ilə keçirilən təlimin hazırlıq prosesi və mərhələləri ilə tanış olacaq.
Təlim Türkiyə Silahlı Qüvvələri tərəfindən təşkil olunur və iştirakçı ölkələr arasında hərbi əməkdaşlığın gücləndirilməsi, birgə əməliyyat qabiliyyətinin artırılması və təcrübə mübadiləsi məqsədi daşıyır.
Qeyd edək ki, “EFES” təlimləri regionda ən iri miqyaslı çoxmillətli hərbi təlimlərdən biri hesab olunur.





