
Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ünvanladığı təbrik məktubunda Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
Məktubda qeyd olunub ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf yolunda inamla irəliləyir və beynəlxalq aləmdə öz layiqli mövqeyini daha da möhkəmləndirir.
Qırğızıstan Prezidenti iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərinin gələcəkdə də xalqların rifahı naminə inkişaf edəcəyinə əminliyini ifadə edib.
Sadır Japarov məktubunun sonunda Prezident İlham Əliyevə möhkəm cansağlığı, uğurlar, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıb.





