
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini xanım Əminə Məhəmməd Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 21-də Azərbaycana səfərə gəlib.
Məlumata görə, ali qonağı Heydər Əliyev Beynəlxalq Aeroportunda rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, WUF13 çərçivəsində şəhərsalma, davamlı inkişaf və urbanizasiya ilə bağlı bir sıra beynəlxalq müzakirələrin keçirilməsi nəzərdə tutulur.





