
Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) nümayəndə heyəti Ağdam və Füzuli şəhərlərinə səfər edib.
Qanuntv.az xəbər verir ki, bu barədə Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov “X” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, səfər çərçivəsində EEAS nümayəndələri işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də minatəmizləmə əməliyyatları ilə yaxından tanış olublar.
Qeyd olunub ki, qonaqlara bölgədə aparılan
infrastruktur layihələri, yaşayış məntəqələrinin yenidən qurulması və təhlükəsizlik istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verilib.





